Türkiyənin Ədirnə şəhərində ölkəyə qeyri-qanuni yollarla daxil olduğu müəyyən edilən miqrantlar saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri sərhədi keçməyə çalışan şəxslərlə bağlı əməliyyat keçirib.
Əməliyyat çərçivəsində 53 qanunsuz miqrant saxlanılıb.
Miqrantların Suriya, İraq, Pakistan, İran və Fələstindən olduqları müəyyən edilib.
Həmin şəxslər müvafiq Miqrasiya İdarəsinə göndərilib.
Şəbnəm Mehdizadə
