Məzmuna keç

“Aqro-Vest DC” şirkətinə cərimə yazıldı

"Aqro-Vest DC" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. İşə hakim Elnurə Rəcəbovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Aqro-Vest DC" min beş yüz manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə