Məzmuna keç

Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

Qəbələdə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Mənsur Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar Qəbələ Rayon Məhkəməsinə göndərilib.

Hakim Elman İsayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Mənsur Məmmədovun idarə etdiyi "VAZ-2107", Rəhim Məmmədovun idarə etdiyi "VAZ-2106" və Ələsgər Mikayılovun sükanı arxasında olduğu "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində ağır xəsarət alan R.Məmmədov aldığı ağır xəsarətlərdən Qəbələ Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. M.Məmmədova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə