Türkiyənin İzmir şəhərində bir qrup qanunsuz miqrant saxlanılıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.
İzmirin Seferhisar sahillərində rezin qayıqda bir qrup qanunsuz miqrantın batmaq təhlükəsi ilə üzləşdiyinə dair Komandanlığa məlumat daxil olub. Miqrantların köməyinə sahil mühafizəçiləri yetişib. Bölgəyə dərhal sahil mühafizə gəmisi göndərilib. Mühafizəçilər 29 qeyri-qanuni miqrantın həyatını xilas edib.
İzmirin Foça sahillərində isə rezin qayıqda olan 42 miqrant sahil mühafizəçiləri tərəfindən saxlanılıb.
Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
