Məzmuna keç

Meksikada yük maşınına silahlı hücum olub, 6 nəfər ölüb

Meksikanın Çiapas ştatında yük maşınına silahlı hücum olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, prokurorluq hadisənin Siltepec bölgəsindən 50 kilometr aralıda sərhəd yaxınlığında baş verdiyini açıqlayıb.

Hücum zamanı 6 nəfər həlak olub. Ölən şəxslərin kimliyi ilə bağlı məlumat verilməyib.

Hücumdan sonra bölgənin ən böyük şəhəri olan Motozintlada isə əhali kartellərin bölgə sakinlərini hədələdiyini və qəsb etdiklərini iddia edərək etiraz yürüşü keçirib.

Şəbnəm Mehdizadə