Türkiyənin Artvin şəhərində yas mərasimində kütləvi zəhərlənmə hadisəsi olub.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, mərasimdə yemək yedikdən sonra özünü narahat hiss edən 37 nəfər ürəkbulanma və qusma şikayəti ilə Şavşat Dövlət Xəstəxanasına müraciət edib.
Lazımi müayinə və müalicələrdən sonra onlar evə buraxılıb.
Məlumata görə, gələn qonaqlara toyuq əti, plov və dolma təqdim olunub.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə
