Türkiyə əsgərlərinin qətiyyətli əməliyyatları nəticəsində İraqın şimalındakı sığınacaqlarından qaçan PKK-nın iki terrorçusu Haburdakı sərhəd mühafizə məntəqəsində Türkiyə hərbçilərinə təslim olub.
E-huquq.az xəbər verir ki, bu barədə Türkıyə Milli Müdafiə Nazirliyin "X" (tvitter) sosial şəbəkə hesabındakı paylaşımda qeyd edilib.
"Terrorçuların yeganə çıxış yolu Türkiyə ədalətinə təslim olmaqdır!", – deyə paylaşımda bildirilib.
