Məzmuna keç

Türkiyədə yol qəzasında 15 nəfər xəsarət alıb

Türkiyənin Malatya şəhərində iki mikroavtobus toqquşub.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, nəticədə mikroavtobuslardan birinin şüşəsi sınıb və 15 nəfər xəsarət alıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib.

Avtobusda köməksiz vəziyyətdə qalan yaralılar çətinliklə çıxarılaraq Malatya Tədris və Araşdırma Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə