Məzmuna keç

ABŞ-da ticarət mərkəzinə silahlı hücumda 2 nəfər ölüb

ABŞ-ın Texas ştatının Ostin şəhərində ticarət mərkəzinə silahlı basqın olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Yaralılardan birinin vəziyyəti ağırdır.

Polis şübhəli şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Şahidlərdən hadisə ilə bağlı hər hansı foto və ya videogörüntü əldə etdikləri halda polisə məlumat vermələri xahiş olunub.

Şəbnəm Mehdizadə