Məzmuna keç

Təhsil idarəsinə cərimə yazıldı

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Aran Regional Təhsil İdarəsinə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, İdarə barədə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib.

İş hakim Kamil Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq İclasının vaxtı hələllik məlum deyil.

Qeyd edək ki, byu xətaya görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Şəbnəm Mehdizadə