"Turkoglu Group" MMC-yə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü (Qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, "Turkoglu Group" dörd min manatdan altı min manatadək məbləğdə cərimə oluna bilər.
Şəbnəm Mehdizadə
