Məzmuna keç

Bakıda avtomobildən oğurluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Bakıda avtomobildən oğurluq etməkdə təqsirləndirilən Əfqan Dünyamalıyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Hakim Hafiz Kamranovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası sentyabrın 15-nə təyin olunub.

Qeyd edək ki, Ə.Dünyamalıyev paytaxtın Nərimanov rayonu ərazisində “Toyota” markalı bir avtomobildən 3300 manat dəyərində səsboğucusunu oğurlamaqda təsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə