Məzmuna keç

Türkiyədə 184 qanunsuz miqrant saxlanıldı

Türkiyənin Çanaqqala şəhərində insan qaçaqmalçılığı ilə məşğul olan bir qrup şəxs saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Jandarma və Sahil Mühafizəsi Komandanlığı Çanaqqalanın Ezine və Ayvacık rayonlarında birgə əməliyyat keçirib.

Əməliyyat zamanı 184 qeyri-qanuni miqrant və insan qaçaqmalçılığı ilə məşğul olduqları iddia edilən 9 şübhəli şəxs saxlanılıb.

Şübhəlilərdən 7-si Türkiyə, biri Əfqanıstan, biri isə Misir vətəndaşıdır.

İnsan qaçaqmalçılığında istifadə olunduğu müəyyən edilən mikroavtobuslar, pikaplar, qayıqlar və qayıq mühərrikləri müsadirə edilib.

Nəzarətə alınan 9 şübhəli barəsində həbs-qətimkan tədbiri seçilib.

Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə