Məzmuna keç

Gömrük Komitəsi “Zirə Aqropark”a cərimə yazdı

"Zirə Aqropark" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bu xətaya görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

Şəbnəm Mehdizadə