Türkiyənin Tekirdağ şəhərində ölkəyə qeyri-qanuni daxil olan 10 qanunsuz miqrant saxlanılıb.
“E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Qaçaqmalçılıqla Mübarizə İdarəsinin əməkdaşları saxladıqları avtomobilə baxış keçirib.
Bu zaman avtomobildə 8 Pakistan və 2 Mali vətəndaşının ölkəyə qeyri-qanuni yollarla daxil olduğu müəyyən edilib. Tutulan 10 qanunsuz miqrant Miqrasiya İdarəsinə təhvil verilib.
Hadisə ilə bağlı iki miqrant qaçaqmalçısı saxlanılıb.
Şəbnəm Mehdizadə
