Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Qəndil və Asosda terrorçulara qarşı əməliyyat keçirib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirib ki, əməliyyat zamanı terrorçuların toplaşdığı ərazilərə hava zərbələri endirilib. 16 mağara, 4 sığınacaq və 2 silah-sursat anbarı dağıdılıb. Xeyli sayda terrorçu zərərsizləşdirilib.
Şəbnəm Mehdizadə
