Əlcəzairin Tlemcen və El Bayadh əyalətlərində güclü yağış daşqınlara səbəb olub.
E-huquq.az xaricə mətbuata istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 7 nəfər ölüb, 2 nəfər itkin düşüb.
Rəsmilər itkin düşən şəxslərin tapılması üçün axtarış-xilasetmə işlərinə başlanıldığını açıqlayıb.
Əlcəzairin Mülki Müdafiə Agentliyi Tlemcenin Bab Əl-Əssa rayonunda selin apardığı avtomobildən 4 nəfərin xilas edildiyini açıqlayıb.
Qurum vətəndaşlara daşqınlardan qorunmaq üçün təhküləsizlik tədbirlərinə əməl etməyi, alçaq yerlərdən uzaq durmağı, elektrik cərəyanı vurmamaq üçün keçirici metal əşyalarla təmasdan çəkinməyi tövsiyə edib.
Şəbnəm Mehdizadə
