Ötən gün İranın Simnan əyalətində kömür mədənində baş verən partlayışda həyatını itirən 6 mədənçinin cəsədi tapılıb.
E-huquq.az xəbər verir ki, bu barədə İran dövlət televiziyasına danışan Simnan valisi Məhəmməd Rza Haşimi məlumat verib.
Haşimi cəsədlərin təxminən 10 saatlıq əməliyyat-axtarış tədbirlərindən sonra tapıldığını bildirib.
Partlayışın qazın sıxılması nəticəsində baş verdiyini bildirən Haşimi, qazdan zəhərlənən mədənçilərin xəstəxanada müalicə olunduğunu deyib.
O, partlayışla bağlı istintaqın başladıldığını da qeyd edib.
Şəbnəm Mehdizadə
