Türkiyənin Mersin şəhərində mikroavtobus ilə minik avtomobili toqquşub.
E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, nəticəsində 14 nəfər xəsarət alıb.
Zərbənin gücündən kənara atılan mikroavtobus parklanmış vəziyyətdə olan başqa bir avtomobilə dəyərək dayana bilib.
Hadisə yerinə təcili tibbi yardım, polis və xilasetmə briqadaları cəlb olunub.
Yaralılar ilkin tibbi yardımdan sonra yaxınlıqdakı xəstəxanalara aparılıb.
Şəbnəm Mehdizadə
