Türkiyənin paytaxtı Ankarada təyyarənin bir parçası dayanacağa düşüb.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ankarada Hərbi Hava Qüvvələri Komandanlığa məxsus F-4 qırıcı təyyarəsinin bir hissəsi uçuş zamanı TPAO-ya (Türkiye Petrolleri Anonim Ortaklığı) məxsus açıq dayanacağa düşüb. Hadisədən sonra təyyarə Eşkişehirdə eniş edib.
Hadisə zamanı ölən və ya xəsarət alan olmayıb.
Şəbnəm Mehdizadə
