Məzmuna keç

“Qartal Tikinti Firması”na cərimə protokolu yazıldı

"Qartal Tikinti Firması"na cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, firma barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Sumqayıt Şəhər Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, firma iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə