Məzmuna keç

Qonşusunun qətlində ittiham olunan şəxsin istintaqı başa çatdı

Cəlilabadda həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən Rəşad Aslanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Xamməd Nuriyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Rəşad Aslanov aralarında yaranmış mübahisə zamanı yaşadıqları Cəlilabad rayon, Qarazəncir kəndi ərazisində qonşusu 1985-ci il təvəllüdlü Şamo Əzimovu bıçaqlayaraq öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə