"Polat Yol Yapı ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına cərimə yazılıb.
E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib edilib.
Protokol baxılması üçün Goranboy Rayon Məhkəməsinə gönərilib. İş hakim Tural Ələkbərovun icraatına verilib.
Protokol təsdiq olunarsa, şirkət inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
