Məzmuna keç

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına cərimə protokolu yazıldı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, teatr barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, teatr üç yüz manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə