İspaniyada üç gündür davam edən əlverişsiz hava şəraiti 60 min sərnişini çətin vəziyyətə salıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə dövlət dəmir yolu şirkəti "Renfe" məlumat yayıb.
Bildirilib ki, sentyabrın 2, 3 və 4-də şiddətli yağış nəticəsində qatarların fəaliyyətinin dayanması səbəbindən 60 min sərnişin biletini dəyişdirib və ya ləğv edib.
Ölkədə son üç gündə başda Madrid, Əndəlüs və Kastilya-La Manş bölgələrində nəqliyyatın hərəkətində yaşanan axsamalardan sonra bu gün vəziyyətin normallaşdığı və sürət qatarlarının fəaliyyətinin bərpa edildiyi qeyd olunub.
Bəzi körpülərin və yolların dağıldığı Madrid və Toledonun ətrafında hələ də bağlı olan yollar var. Həftəsonu Madrid və Sevilya şəhərlərinin qatar stansiyalarında uzun növbələr diqqət çəkib.
Toledoya bağlı kiçik yaşayış məntəqələrində pis hava şəraiti səbəbindən avtomobillərin və ya liftlərin altında qalan 3 nəfər həyatını itirib. Digər tərəfdən, leysan yağışlar səbəbindən itkin düşmüş 3 nəfərin axtarışları davam edir.
Şəbnəm Mehdizadə
