Məzmuna keç

Türkiyənin bəzi şəhərlərində hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Türkiyənin Kırklareli, Ədirnə, Tekirdağ və Muğla şəhərlərində şiddətli yağış yağacağı gözlənilir.

E-huquq.az xəbər verir ki, ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) vətəndaşlara SMS bildiriş göndərərək xəbərdarlıq edildiyini açıqlayıb.

Agentliyin rəhbəri Okay Memiş bölgədəki işləri koordinasiya etmək üçün Kırklarelinə gedib.

AFAD əməkdaşları ilə yanaşı, Jandarma Baş Komandanlığı, Təhlükəsizlik Baş İdarəsi, Sahil Mühafizə Komandanlığı, Meşə İdarəsi və 112 Təcili Zəng Mərkəzindən də 152 personal işlərə cəlb olunub. Komandalar 1 təyyarə, 2 helikopter və 43 texnika ilə fəaliyyət göstərəcək.

Əlverişsiz hava şəraitinin səbəb ola biləcəyi xoşagəlməz hallara qarşı diqqətli olmaq barədə əhaliyə çağırış edilib.

Şəbnəm Mehdizadə