Biləsuvarda adam öldürməkdə ittiham olunan Cavid Həmidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanmış cinayət işi mateialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Vüqar Əhmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Çinarlı kənd sakini, 1975-ci il təvəllüdlü Həmidov Cavid İdris oğlu tüfənglə həmkəndlisi və yeznəsi, 1972-ci il təvəllüdlü Abdullayev Əsgər Musa oğlunun başına və bədəninə iki dəfə atəş açıb. Ə.Abdullayev xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. C.Həmidovun Ə.Abdullayevi torpaq sahəsinə görə qətlə yetirdiyi bildirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
