Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, o cümlədən hakim korpusunda ən layiqli hüquqşünasların təmsil olunması məqsədilə hakimliyə namizədlərin yüksək tələbkarlıq səviyyəsində seçilməsi prosesi davam edir.
Bu barədə e-huquq.az-a Hakimlərin Seçki Komitəsindən məlumat verilib.
Bildirilib ki, ilkin tədris kursunu başa vurmuş 33 nəfər hakimliyə namizəd yeni qaydalara əsasən birbaşa yekun müsahibəyə buraxılıb. 2023-cü il 11 sentyabr tarixdən başlayaraq yekun müsahibə mərhələli qaydada keçiriləcək.
Yekun müsahibədə namizədlərin tədris kursunun proqramını mənimsəmə səviyyəsi, onun hüquq sahəsində nəzəri və praktiki biliklərinin tətbiqi bacarığı, ümumi dünyagörüşü, hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsi yoxlanılacaq.
“Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na edilmiş müvafiq dəyişikliklərin tam mətni ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür.
