Məzmuna keç

Lənkəranda 3 nəfərin xəsarət aldığı qəza ilə bağlı məhkəmə başlayır

Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nahid Məmmədovun cinayət işi üzrə ibtidai istintaq baş açatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Hakim Anar Pənahovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Ələt-Astara magistralında, Lənkəran rayonun Qurumba kəndi ərazisində qeydə alınıb. Belə ki, Sübhan Həbibzadənin idarə etdiyi traktor hərəkətdə olarkən, eyni istiqamətdə hərəkətdə olan Nahid Məmmədovun idarə etdiyi “Mitsubishi” pikap markalı avtomobilin arxa hissəsinə çırpılıb. Hadisə nəticəsində traktor aşıb. Traktorun sürücüsü S.Həbibzadə və pikapda olan sərnişinlər, sürücünün qardaşı 1986 – cı il təvəllüdlü Mövlud Şadoglan oğlu Məmmədov, həmkəndlisi 1978 – ci il təvəllüdlü Araz Qulamhüseyn oğlu Əzimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. N.Məmmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə