Məzmuna keç

Hakimliyə namizədlərin şifahi imtahanına müşahidəçi qismində psixoloq cəlb edilə bilər

Hakimliyə namizədlərin şifahi imtahanına müşahidəçi qismində psixoloq cəlb edilə bilər.

E-huquq.az xəbər verir ki, bununla bağlı “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na dəyişiklik edilib.

İmtahana cəlb edilmiş psixoloq namizədin qiymətləndirilməsində iştirak etməyəcək, lakin onun psixoloji portreti barədə rəy verəcək. Həmin rəy məlumat xarakterli olmaqla, imtahanın nəticələrinə təsir etməyəcək.

Şəbnəm Mehdizadə