Türkiyənin Giresun, Rizə, Artvin və İzmir şəhərlərində güclü leysan və tufan gözlənilir.
E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Meteorologiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, Şimali Ege, Orta və Şərqi Qara dəniz sahillərində, Düzce, Bolu, Karabük, Sinop və Ədirnədə arabir yağış yağacaq və şimşək çaxacaq. Yağışların Giresun, İzmiri, Balıkəsir, Rizə ətrafı və Artvində daha güclü olacağı gözlənilir.
Şəbnəm Mehdizadə
