Məzmuna keç

Sabunçu Elmi Təcrübə Müəssisəsinə cərimə protokolu yazıldı

Sabunçu Elmi Təcrübə Müəssisəsinə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, müəssisə barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Sabunçu Rayon Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, müəssisə üç yüz manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə