Məzmuna keç

Gömrük Komitəsi bu şirkətə cərimə yazdı

"Best Energy Group" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barəsində Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Xətai Rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Best Energy Group" min beş yüz manat məbləğində cərimə ediləcək.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə