Türkiyənin Adana şəhərində axtarışda olan FETÖ üzvü saxlanılıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, polis Adananın Gültəpə məhəlləsində əməliyyat keçirib.
Əməliyyat zamanı keçmiş polis əməkdaşı və barəsində 6 il 3 ay həbs qərarı olan terror təşkilatı üzvü gizləndiyi evdə yaxalanıb.
O, müvafiq prosedurlardan sonra cəzaçəkmə müəssisəsinə göndərilib.
Şəbnəm Mehdizadə
