ABŞ-nin Nyu-York ştatında polisin avtomobilə atəş açması nəticəsində iki yeniyetmə həlak olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, oğurluq hadisəsi ilə bağlı əməliyyat zamanı qaçmağa çalışan şəxslərdən birinin avtomobili onun üzərinə sürdüyünü iddia edən polis nəqliyyat vasitəsinə atəş açıb.
Avtomobilin içində olan üç nəfərdən biri hadisə yerində, digəri isə xəstəxanada ölüb. Avtomobildə olan 3-cü şəxsin isə qaçdığı bildirilib.
Hadisə nəticəsində ölən şəxslərin kimliyi bəlli deyil. Şahidlər hadisəni mobil telefonla videoya çəkib.
Nyu-York Baş prokurorluğu iki nəfərin ölümü ilə bağlı araşdırmalara başlayıb.
Şəbnəm Mehdizadə
