Türkiyənin Niğde şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus minik avtomobili ilə toqquşub. Nəticədə 8 nəfər yaralanıb.
Məlumata görə, qəzanın baş verməsinə səbəb sürücünün idarəetməni itirməsi olub.
Yaralılar Niğde Ömer Halisdemir Universiteti Tədris və Araşdırma Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
