ABŞ məhkəməsi ABŞ-Meksika sərhədində quraşdırılan üzən maneələrin götürülməsinə dair qərar qəbul edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Rio-qrande körpüsü üzərində quraşdırılan maneələrin sentyabrın 15-dək sudan çıxarılıb sahilinə daşınması barədə təlimat verilib.
Hakim David Ezra sözügedən bariyerlərin təhlükəsizliyə və qonşu ölkələrlə əlaqələrə təhlükə yaratdığını vurğulayıb. O, üzən maneələrin qanunsuz miqrasiyanı əhəmiyyətli dərəcədə azaltdığına dair heç bir inandırıcı dəlil olmadığını deyib.
Ədliyyə Nazirliyinin Baş Prokurorunun müavini Vanita Gupta da hakimin bu qərarından məmnun olduqlarını dilə gətirib.
Hökumətin isə bu qərara etiraz edəcəyi bildirilib. Texasın Qubernatoru Qreq Abbott bildirib ki, Texas öz sərhədlərini qorumaq səlahiyyətinə malikdir.
Qeyd edək ki, Texas sərhədində yerləşən "Eagle Pass" miqrantların ən çox istifadə etdiyi keçid məntəqələrindən biridir. 2023-cü ildə 270 mindən çox qanunsuz miqrantın bu bölgədən ABŞ-a keçdiyi bildirilir.
Şəbnəm Mehdizadə
