Məzmuna keç

Avtomobilin dərəyə aşması nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb

Türkiyənin Ordu şəhərində minik avtomobili dərəyə aşıb.

E-huquq.az DHA-ya istinadən xəbər verir ki, avtomobilin dərəyə yuvarlanması nəticəsində biri hamilə qadın olmaqla 3 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım əməkdaşları cəlb edilib.

Avtomobildən xilas edilən yaralı sürücü Dursun Sağlam Ünye Dövlət Xəstəxanasına, oğlu isə Ordu Dövlət Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə