Məzmuna keç

Türkiyədə 112 qanunsuz miqrant saxlanılıb

Türkiyənin Aydın şəhərində qeyri-qanuni yollarla xaricə getmək istəyən 112 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Qurumun məlumatında bildirilib ki, Aydının Kuşadası rayonu sahillərində 3 rezin qayıqda qanunsuz miqrantların olduğu müəyyən edilib. Dərhal bölgəyə Sahil Mühafizə qayıqları göndərilib. Qayıqlarda olan 112 qanunsuz miqrant qayıqlardan çıxarılıb.

Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə