Məzmuna keç

Kanadada meşə yanğınları ilə mübarizə davam edir

Kanadada meşə yanğınları ilə mübarizə davam edir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində 1052 meşə yanğını davam edir. Yanğınlardan 791-nin nəzarət altına alınması hələ də mümükün olmayıb.

Yanğınlarla əlaqədar 232 min nəfər təxliyə edilib.

Nazirliyin baş direktoru Maykl Martin Kanadanın mərkəzində, şərqi Albertadan Ontarionun mərkəzinə qədər meşə yanğınlarının artma potensialının olduğunu vurğulayıb.

Qeyd olunub ki, bu il ölkə üzrə 6 min 174 yanğın hadisəsi baş verib. Cari mövsümdə ölkədə təxminən 165 min kvadrat kilometr ərazi yanıb.

Şəbnəm Mehdizadə