Türkiyənin Aksaray şəhərində seldə itən 3 aylıq körpə Aselin cəsədi tapılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Aksaray valisi Mehmet Ali Kumbuzoğlu açıqlama verib.
O bildirib ki, körpə axtarış-xilasetmə işlərinin 6-cı günündə selin apardığı ağac budaqlarının altında tapıblar.
Xatırladaq ki, sentyabrın 3-ü bazar günü axşam saatlarında Aksarayın Kireçlik bölgəsində baş verən seldə 1 nəfər ölüb, 14 nəfər xilas edilib.
Şəbnəm Mehdizadə
