Göygöldə mal-qara oğurlamaqda təqsirəndirilən Turani İsmayılov, Elşən İmanov, Seymur Nəcəfov, Fəxri Qocayev və Vüsal İmanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, toplanmış cinayət işi materialları baxılması üçün Göygöl rayon Məhkəməsinə göndərilib.
İş hakim Qələmdar Abbasovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki açıqlanmayıb.
Qeyd edək ki, rayon sakinləri Turani İsmayılov, Elşən İmanov, Seymur Nəcəfov, Fəxri Qocayev və Vüsal İmanov qabaqcadan əlbir olaraq qrup şəklində Çaykənd kəndindəki fermaların birindən ümumi dəyəri 15710 manat olan 67 baş xırda buynuzlu mal-qaranı oğurlamaqda təqsirləndirilirlər. Onların oğurladıqları mal-qaranı Bərdə rayonuna apararaq orada satdıqları bildirilir. Dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
