Məzmuna keç

Külli miqdarda narkotiklə tutulan şəxsin məhkəməsi başlayır

Narkokuryerlik etməkdə təqsiləndirilən Fəzalət Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın əlumatına görə, toplanmış cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Vüqar Əhmədovun icraatına verilib. Məhkəmənin hazılrıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Ərkivan qəsəbəsinin ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Fəzalət Əliyev “Vaz 2106” markalı avtomobildə saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin avtomobilin yük yerinə keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumilikdə 2 kiloqram 400 qramdan artıq heroin və 4 kiloqram 500 qramdan artıq marixuana aşkarlanaraq götürülüb. F.Əliyevin həmin narkotik vasitəni İran vətəndaşından əldə etdiyi və Bakı şəhərinə apararaq orada deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə