Metroda oğurluq etməkdə təqsirləndirilən Elvin Yumuxovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Hakim Elməddin Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Balakən rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı Elvin Yumuxov metronun “20 Yanvar” stansiyasında bir qadının mobil telefonunu oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
