Məzmuna keç

Honq-Konqda güclü yağışlar nəticəsində 2 nəfər ölüb

Çinin Honq-Konq şəhərində “Haikui” qasırğası son 140 ilin ən güclü leysan yağışlarına səbəb olub.

E-huquq.az xəbər verir ki, yağışlar nəticəsində 2 nəfər ölüb, 110 nəfər yaralanıb.

Honq Konq polisi 2 nəfərin cəsədinin müxtəlif ərazilərdə tapıldığını açıqlayıb.

Şəhərdə ticarət mərkəzlərini, metro stansiyaları və yeraltı keçidlərini su basıb. Metronun işi dayandırılıb. Honq-Konq və Koulun bölgəsini birləşdirən tunel su altında qalıb. Ölkədə məktəblərdə tədris və iş yerləri bağlanıb.

Honq Konq Meteorogiya İdarəsi gecə ərzində yağan yağıntının miqdarının indiyədək ən yüksək göstərici olduğunu qeyd edib.

Hökumət daşqınla mübarizə və daşqından zərər çəkmiş ərazilərdə yardım işləri aparmaq üçün hərəkətə keçib. Riskli ərazilərdə olanları yağışdan qorumaq üçün gecə saatlarında 12 müvəqqəti sığınacaq istifadəyə verilib.

Qasırğa 17 milyondan çox əhalisi olan Shenzhen şəhərində də bəzi metro stansiyaları və iş yerlərinin bağlanmasına səbəb olub. 100-dən çox adamın Shenzhen qatar stansiyalarında köməksiz vəziyyətdə qaldığı bildirilib.

Çin Meteorologiya İdarəsi yağan leysan yağışların sabah səhər saatlarına qədər davam edəcəyini açıqlayıb.

"Haikui" qasırğasının Çinin şərqindəki Futszyan əyalətinin sahillərinə çatdığı bildirilib. Ştatda 116 nəfər yaralanıb, 260 min ev işıqsız qalıb.

Şəbnəm Mehdizadə