Məzmuna keç

İstanbulda meşəlik ərazidə yanğın olub

Türkiyənin İstanbul şəhərində meşəlik ərazidə yanğın baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbulun Pendik adlı ərazisində baş verən yanğının söndürülməsinə yanğın söndürənlər və Regional Meşə İdarəsinin əməkdaşları cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb, ərazidə soyutma işləri aparılıb.

Təxminən 6 hektar sahənin yandığı bildirilir.

Şəbnəm Mehdizadə