Məzmuna keç

Ukrayna Baş Qərargahı: “Rusiyada yaxın zamanda səfərbərlik elan ediləcək”

Yaxın gələcəkdə Rusiya cəbhədəki canlı qüvvə itkisini kompensasiya etmək üçün səfərbərlik elan edəcək.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının hesabatında bildirilib.

İşğal olunmuş Ukrayna ərazilərində də məcburi kütləvi səfərbərliyin aparılacağı qeyd olunub.

"Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya hakimiyyəti cəbhəyə əlavə olaraq 400-700 min nəfər göndərməyi planlaşdırır. Həmçinin Çeçenistan Respublikasının 40 minə yaxın sakininin çağırılması planlaşdırılır ki, onlar da yəqin ki, Rusiya qoşunlarının arxasında "baraj dəstələri" kimi istifadə olunacaqlar. Lakin Rusiyanın iki ən böyük şəhərində – Moskva və Sankt-Peterburqda planlaşdırılan səfərbərliyin həcmi yenə minimal olacaq", – Baş Qərargah bildirib.

Şəbnəm Mehdizadə