Məzmuna keç

İki ailə arasında torpaq üstündə dava düşdü, 6 nəfər yaralandı

Türkiyənin Şanlıurfa şəhərində kütləvi dava olub.

E-huquq.az İHA-ya istinadən xəbər verir ki, Siverek rayonunda iki ailə arasında baş verən davada daş, dəyənək və silahdan istifadə nəticəsində 6 nəfər yaralanıb.

Hadisə yerinə çağırılan təcili tibbi yardım maşınları ilə Siverek Dövlət Xəstəxanasına çatdırılan yaralılara tibbi yardım göstərilib.

Əldə edilən ilkin məlumata görə, iki ailə arasında dava torpaq mübahisəsi zəminində baş verib.

Jandarma qrupları insidentdə iştirak edən 3 nəfərin tutulması və istifadə etdikləri silahların ələ keçirilməsi üçün genişmiqyaslı əməliyyat başlayıb.

Şəbnəm Mehdizadə