Yaponiyada 2022-ci ilin aprel ayından 2023-cü ilin mart ayınadək 219 min 170 uşaq istismara məruz qalıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Uşaq və Ailə Agentliyinin məlumat yayıb.
Rəsmi statistikanın ilk dəfə qeydə alındığı 1990-cı ildən bəri bunun ən yüksək göstərici olduğu bildirilib.
Psixoloji zorakılıq hallarının daha çox baş verdiyi qeyd olunub. Belə ki, 129 min 484 psixoloji zorakılıq hadisəsi baş verib. Bundan başqa, 51 min 679 fiziki zorakılıq, 35 min 556 baxımsızlıq və 2 min 451 cinsi təcavüz faktı qeydə alınıb.
Qeyd olunub ki, Yaponiyada 1999-cu ildə 10 min, 2015-ci ildə 100 min, 2020-ci ildə isə 200 min uşaq istismarı faktı baş verib. Məlumatlar 18 yaşdan aşağı yaş qrupunu əhatə edir.
Şəbnəm Mehdizadə
