Məzmuna keç

Türkiyə sərhəddini qanunsuz keçməyə cəhd edən 10 terrorçu saxlanılıb

Türkiyə sərhəddini qanunsuz keçməyə cəhd edən 12 nəfər saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Saxlanılan şəxslərdən 10 nəfərin terrorçu olduğu məlum olub.

"Sərhədlərimizin təhlükəsizliyi üçün mübarizəmiz davam edir. Sərhəd Qartallarımız tərəfindən ölkəmizdən Yunanıstana, Suriyadan isə ölkəmizə qeyri-qanuni yollarla keçməyə cəhd edən 12 nəfər tutulub. İstintaq çərçivəsində həmin şəxslərdən 5-nin PKK/KCK/PYD-YPG, 4-nün FETÖ, 1 nəfərin isə İŞİD terror təşkilatının üzvü olduğu müəyyən edilib", – deyə nazirliyin məlumatında qeyd edilib.

Şəbnəm Mehdizadə